BMT-nin baş katibi Antonio Quterreş soyuqdəymə səbəbindən Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davos şəhərinə səfərini ləğv edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmisi Rolando Qomes məlumat verib.
"Təəssüf ki, baş katib Davosda keçirilən forumun illik toplantısında iştirakını ləğv etmək məcburiyyətində qaldı. Onun şiddətli soyuqdəyməsi var", - deyə BMT rəsmisi bildirib.