Modern.az

Qrenlandiya problemi ilə bağlı ÜÇ SSENARİ

Qrenlandiya problemi ilə bağlı ÜÇ SSENARİ

Dünya

20 Yanvar 2026, 18:42

Finlandiya Prezidenti Aleksandr Stabb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda vəziyyətin inkişafı üçün üç mümkün ssenari gördüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Stabbın sözlərinə görə, “yaxşı ssenari” gərginliyin azaldılması, çıxış yolunun tapılması və NATO çərçivəsində Arktikada təhlükəsizliyin gücləndirilməsidir. “Pis ssenari” isə Qrenlandiya ilə Danimarka arasında məcburi xarakter daşıyan və nəticələri əvvəlcədən məlum olmayan ayrılığın baş verməsi ehtimalını nəzərdə tutur. Finlandiya liderinin “heç kimin inanmadığı” ən “dəhşətli ssenari” isə hərbi çevriliş variantıdır. Stabb əlavə edib ki, o və digər Avropa liderləri vəziyyətin diplomatik yollarla həllini tapmağa çalışırlar.

Onun sözlərinə görə, Avropada bir qrup şəxs Trampın Qrenlandiyaya artan diqqətini “dönüş nöqtəsi” kimi qiymətləndirir və ABŞ-a qarşı daha sərt mövqe və müvafiq tədbirlərin görülməsinin vaxtının çatdığını düşünür.

Digər tərəfdən, The Economist yazır ki, Trampın Qrenlandiyanın ABŞ üçün zəruri olduğu barədə son bəyanatları Avropada ciddi narahatlıq doğurub və qitə mümkün addımlara qarşı bir neçə müdafiə ssenarisini müzakirə edir. Nəşrin qeyd etdiyi ilk variant “gərginliyin azaldılması”dır və bu çərçivədə ABŞ tərəfini Rusiyanın və Çinin real təhlükə yaratmadığına inandırmaq, həmçinin “Arktik saatçı” adlı xüsusi missiya yaratmaq təklif olunur.

İkinci ssenari “saxlama və əks-tədbirlər” adlanır və ABŞ-a qarşı iqtisadi təzyiqləri nəzərdə tutur. Buraya Qrenlandiyada icazəsiz resurs hasilatı ilə məşğul olan şirkətlərə sanksiyalar, ABŞ dövlət istiqrazlarının satışı və Avropadakı Amerika hərbi bazalarının bağlanması ehtimalları daxildir. Üçüncü variant isə “yeni hədəfi gözləmək” strategiyasıdır. Bu yanaşmaya görə, Tramp diqqətini İrana və ya 2026-cı il seçkilərinə yönəldə, Qrenlandiya ilə bağlı sərt ritorikanı isə Danimarkadan güzəştlər almaq üçün strateji blef kimi istifadə edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır