Modern.az

Türkiyədə təxribat - bayraq endirildi

Türkiyədə təxribat - bayraq endirildi

Dünya

20 Yanvar 2026, 19:18

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib.

Modern.az xəbər verir ki, hadisə Suriyadakı vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

Qeyd edək ki, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib. Qrup YPG terror təşkilatını dəstəkləyən şüarlar da səsləndirib.

DEM Parti sözçüsü Ayşegül Doğan X hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları narahat etdiyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri "təxribat" adlandırıb. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır