Modern.az

Tramp Makronun “özəl mesaj”ını PAYLAŞDI

Tramp Makronun “özəl mesaj”ını PAYLAŞDI

Dünya

20 Yanvar 2026, 19:48

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun ona göndərdiyi şəxsi mesajı sosial şəbəkədə paylaşıb.

Modern.az xəbər verir ki, Tramp Makronun “özəl mesaj”ını “Truth Social” platformasında dərc edib.

Makron Trampa göndərdiyi mesajda Parisdə G7 sammitinin keçirilməsini təklif edib. Fransa lideri görüşə Ukrayna və Danimarkanın dəvət olunmasını, eyni zamanda Rusiyanın da toplantının “kənarlarında” iştirakını mümkün variant kimi qeyd edib. Məqsəd Avropa ilə ABŞ arasında Qrenlandiya ətrafında yaranmış fikir ayrılıqlarının müzakirəsi olub.

Makronun mesajında diqqətçəkən məqamlardan biri onun Trampın Qrenlandiya ilə bağlı mövqeyinə açıq şəkildə etiraz etməsi olub. Fransa prezidenti yazıb ki, Suriya və İran məsələlərində mövqelər uzlaşsa da, Qrenlandiya ilə bağlı ABŞ prezidentinin nə etmək istədiyini başa düşmür.

Xatırladaq ki, Tramp Danimarkanın suveren ərazisi olan Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi ilə bağlı açıqlamaları ilə Avropada ciddi narahatlıq yaradıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır