Modern.az

Avropa Parlamentindən ABŞ-a etiraz

Avropa Parlamentindən ABŞ-a etiraz

Dünya

20 Yanvar 2026, 20:57

Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurub.

 

Modern.az xəbər verir ki, bu barədə AP-nin siyasi qrupları məlumat yayıb.

 

“France-Presse” agentliyinin istinad etdiyi Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirib ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər.

 

ABŞ Prezidenti dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verib. O, ilk prezidentlik dövründə də adanın satın alınması təklifini irəli sürüb. 2025-ci ilin martında isə onun anneksiya edilə biləcəyinə əminliyini bildirib.

 

Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır