Modern.az

Əgər mən gəlməsəydim... - TRAMP

Əgər mən gəlməsəydim... - TRAMP

Dünya

21 Yanvar 2026, 00:57

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının gücləndirilməsindəki misilsiz rolundsn bəhs edib.

Modern.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

"Heç bir şəxs və ya prezident NATO üçün Prezident Trampdan daha çox iş görməyib. Əgər mən gəlməsəydim, NATO bu gün mövcud olmazdı. Və o, tarixin zibil qutusunda olardı", - o qeyd edib.

ABŞ prezidenti, həmçinin NATO üzvlərinin lazım gələrsə, ABŞ-a kömək etmək istəyini də şübhə altına alıb. Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp "NATO üçün hər kəsdən daha çox iş gördüyünü" bildirib. "Lakin NATO bizimlə ədalətli davranmalıdır. NATO ilə bağlı əsl narahatlığım NATO-ya çoxlu pul xərcləməyimizdir və bilirəm ki, biz onlara kömək edəcəyik, amma həqiqətən də onların bizə kömək edəcəklərinə şübhə edirəm", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada