ABŞ Prezidenti Donald Trampın təyyarəsi Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa yola düşəndən az sonra nasazlıq səbəbindən geri dönüb.
Modern.az xəbər verir ki, məlumatı “Reuters” Ağ Evə istinadən yayıb.
Ağ Evdən bildirilib ki, "Air Force One" təyyarəsinin heyəti uçuşdan sonra "kiçik elektrik problemi" aşkar edib... Ağ Ev bəyan edib ki, ehtiyat tədbirləri nəticəsində geri dönmək, "Andrews Birgə Bazası"na enmək və yeni təyyarəyə minmək qərara alınıb".
RİA Novosti-nin məlumatına görə, uçuş məlumatlarının təhlilinə əsasən, "Air Force One" təyyarəsi Nyu-York şəhəri üzərindən uçduqdan qısa müddət sonra geri dönüş edib. Tezliklə Trampın başqa bir təyyarəyə keçməsi planlaşdırılan Vaşinqton yaxınlığındakı "Andrews Hərbi Hava Qüvvələri Bazası"na eniş edilib.
Dünya İqtisadi Forumu 19-23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilir.