Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb.
Modern.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan və Tramp telefon danışığı zamanı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.
Görüşdə Ərdoğan Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini və Suriyanın birliyinin və ərazi bütövlüyünün Türkiyə üçün vacib olduğunu bildirdi.
İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarındakı İŞİD üzvlərinin vəziyyəti də müzakirə edilib. Ərdoğan inkişaf edən, terrordan azad və dinc Suriyanın bütün elementləri ilə birlikdə bölgənin sabitliyinə töhfə verəcəyini bildirib.
Türkiyə lideri Qəzzada sülhün bərqərar olması üçün səylərin davam etdiyini və Ankaranın bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcəyini deyib və Qəzza Sülh Komitəsinə dəvət üçün Trampa təşəkkür edib.
Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Prezident Ərdoğanla söhbətinin necə keçdiyi soruşulduqda, Tramp "çox yaxşı telefon danışığı idi" cavabını verib.