Modern.az

Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz

Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz

Dünya

21 Yanvar 2026, 16:02

Beynəlxalq Taxıl Şurasının (IGC) orta müddətli təklif və tələbat proqnozuna əsasən, növbəti 5 il ərzində qlobal taxıl balansı daralacaq.

Modern.az qurumun məlumatlarına istinadən xəbər verir ki, qlobal taxıl daşıma ehtiyatları 2024/25-ci illərdə 589 milyon ton olduğu halda, 2025/26-cı illərdə 610 milyon tona yüksələcək. Lakin sonradan 2030/31-ci ilə qədər qlobal taxıl ehtiyatlarının 588 milyon tona düşəcəyi gözlənilir ki, bu da təxminən 20 ilin ən aşağı səviyyəsidir.

"Üç illik azalmadan sonra qlobal taxıl ehtiyatlarının 2025/26-cı illərdə 5% artacağı və üç illik pik həddə çatacağı gözlənilir ki, bu da əsasən ixracatçılar tərəfindən ehtiyat yığılması ilə əlaqədardır", - deyə analitiklər qeyd edirlər.

Şuranın proqnozları 2030/31-ci ilə qədər beş il ərzində qlobal təklif və tələbatın yenidən daralacağına işarə edir.

Ekspertlər bildirirlər ki, bu sahənin tədricən genişlənməsinə və orta məhsuldarlığın gözlənilən yaxşılaşmasına baxmayaraq, istehsal artan istehlakla ayaqlaşmaq üçün kifayət qədər sürətli olmaya bilər. Və nəticədə dünyada taxıl qətlığı yaranacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır