Modern.az

Trampla Zelenskinin görüşü 1 saatdan tez bitdi - yenilənib

Trampla Zelenskinin görüşü 1 saatdan tez bitdi - yenilənib

Dünya

22 Yanvar 2026, 17:26

Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başa çatıb.

Modern.az xəbər verir ki, görüşdən sonra Tramp danışıqların yaxşı keçdiyini bildirib. O, müharibənin ən qısa zamanda dayandırıla biləcəyini deyib.

Xatırladaq ki, tərəflərin görüşü 1 saatdan tez başa çatıb. 

 

***

16:45

Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə məlumat verib.

Bildirilir ki, Volodimir Zelenskinin həmçinin İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelen ilə görüşü planlaşdırılır.

Bundan əlavə, Ukrayna Prezidenti Dünya İqtisadi Forumunun iştirakçıları qarşısında çıxış edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır