Modern.az

Putin Trampın elçisi və kürəkəni ilə 3,5 saat nədən danışıb?

Putin Trampın elçisi və kürəkəni ilə 3,5 saat nədən danışıb?

Dünya

23 Yanvar 2026, 09:12

Moskvada ABŞ prezidentinin elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə danışıqları başa çatıb.

Modern.az xəbər verir ki, Kreml görüşün 3,5 saatdan çox davam etdiyini açıqlayıb.

Rusiya prezidentinin köməkçisi Uşakovun sözlərinə görə, tərəflər Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar aparmaq barədə razılığa gəliblər.

Onun açıqlamalarından əsas məqamlar:

- Moskva və Vaşinqton ərazi məsələsi həll olunmadan münaqişənin həllinin mümkün olmadığını bildiriblər.

- Əbu-Dabidəki Rusiya nümayəndə heyətinə prezidentdən birbaşa təlimatlar alan Baş Qərargah rəisi İqor Kostyukov rəhbərlik edəcək.

- Ukrayna üzrə üçtərəfli işçi qrupundan əlavə, BƏƏ-də ABŞ tərəfi ilə iqtisadi məsələlər üzrə ikitərəfli görüş planlaşdırılır.

- Görüşdə Sülh Şurasının Qəzza zolağı ilə bağlı təşəbbüsü müzakirə edilib; Moskva dondurulmuş aktivlərindən təşkilata 1 milyard dollar ayırmağa hazır olduğunu təsdiqləyib.

"Vladimir Putinin vurğuladığı kimi, Rusiya Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində səmimi maraq göstərir. Lakin buna nail olana qədər Rusiya strateji təşəbbüsü Rusiya Silahlı Qüvvələrinin əlində saxladığı döyüş meydanında xüsusi hərbi əməliyyatın məqsədlərini ardıcıl olaraq həyata keçirməyə davam edəcək", - o bildirib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır