Modern.az

Paşinyan II Qareginə qarşı cinayət işi hazırlayır

Paşinyan II Qareginə qarşı cinayət işi hazırlayır

Dünya

23 Yanvar 2026, 09:50

Ermənistan hüquq-mühafizə orqanları bütün ermənilərin katolikosu II Qareginə qarşı "çirkli pulların yuyulması" ittihamı ilə yeni cinayət işi hazırlayır.

Modern.az "Hraparak"a istinadən xəbər verir ki, söhbət kilsə tərəfindən "Şoqhakat" telekanalının direktoru Mane Qazaryana verilən və sonradan satılan mənzillə bağlıdır.

Qazaryan şahid qismində dindirilərək İstintaq Komitəsinə çağırıldığını təsdiqləyib. O, işi əsassız və telekanalın fəaliyyəti ilə əlaqəsiz hesab etdiyini bildirib.

Prokurorluqdan rəsmi şərh alınmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır