Modern.az

Ər-arvad bacı-qardaş çıxdı - şok olay

Ər-arvad bacı-qardaş çıxdı - şok olay

Dünya

23 Yanvar 2026, 14:11

Braziliyadan olan ər-arvad qəfildən bacı-qardaş olduqlarını aşkar ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Adriana və Leandro cütlüyü 19 ildir ki, evli olublar və hətta bir qız övladları da var.

Həm Adriana, həm də Leandro uşaq ikən anaları tərəfindən tərk ediliblər. Adriana anasını tapmaq üçün Braziliyada ayrı düşmüş insanları qovuşduran "Məni gözləyin" qrupu ilə əlaqə saxlayı. Uzun axtarışlardan sonra onlar Adriananı tapıblar.

Ana qızına həmçinin, Leandro adlı bir oğlunun olduğunu və onu da axtardığını etiraf edib.

Cütlük bacı-qardaş olduqlarını öyrənsə də, bir-birini sevdikləri üçün birlikdə qalmağa qərar veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır