Hazırda Təbriz şəhərində Azərbaycan dili üzrə fəaliyyət mövcuddur.
Bunu Modern.az-ın sualına cavabında İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə bildirib.
“Hazırda Təbrizdə azərbaycan dilində mədəniyyət otağımız var. Konstitusiyamızda ana dilində dərs qanunidir. Mədəniyyət və konstitusion çərçivə əsasında Azərbaycan dilində yayımlanan ümumilikdə dörd televiziya kanalı fəaliyyət göstərir. Bu kanallar vasitəsilə Azərbaycan dilində mədəniyyət və digər mövzular üzrə proqramlar yayımlanır”,- deyə o qeyd edib.