Modern.az

BƏƏ-də nələr müzakirə edilir?

BƏƏ-də nələr müzakirə edilir?

Dünya

23 Yanvar 2026, 23:01

Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən görüşü zamanı bufer zonalar və müxtəlif nəzarət mexanizmləri ilə bağlı mövzular müzakirə olunur.

Modern.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Bəli, heç şübhəsiz ki, bufer zonalar, müxtəlif nəzarət mexanizmləri kimi aspektlər də digər vacib mövzular arasındadır", - mənbə bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, görüşdə münaqişənin sona çatması üçün parametrləri müzakirə edib, lakin nəticə çıxarmaq üçün hələ tezdir.

"Artıq müzakirə aparılıb. Qeyd etmək vacibdir ki, bu cür üçtərəfli formatlar uzun müddətdir ki, keçirilməyib. Onlar müharibənin sona çatması üçün parametrlərdən danışırlar. Bu gün danışıqların məzmunu ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir. Görək sabah söhbət necə gedəcək və nəticələr necə olacaq", - o bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır