İran hakimiyyəti hökumət əleyhinə etirazların iştirakçısını edam edib.
Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, Məşhəddən olan idman məşqçisi Əli Rəhbər dünən səhər edam edilib. O, on gün əvvəl saxlanılıb.
Daha əvvəl İranın Baş prokuroru Məhəmməd Movahedi Azad ABŞ prezidenti Donald Trampın Ağ Evin müdaxiləsinin İranda 800 nəfərin edamının ləğvinə səbəb olması ilə bağlı iddialarını təkzib edib. Prokurorun sözlərinə görə, bu cür iddialar həqiqətə uyğun deyil.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin şəkildə düşməsi nəticəsində küçə etirazları başlamış və əksər böyük şəhərlərə yayılmışdı.
