Modern.az

Ordumuza qarşı döyüşən muzdluya ev verdilər

Ordumuza qarşı döyüşən muzdluya ev verdilər

Dünya

24 Yanvar 2026, 12:15

Azərbaycanın azad etdiyi erməni muzdlu Viqen Eulcekçyana Ermənistanda ev veriləcək. 

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Linda Eulcekçyan deyib. Onun sözlərinə görə, Ermənistanda daimi yaşamaq üçün onlar sənəd hazırlayır. Ailə hazırda İrəvandakı bir oteldə qalır və təşkilati məsələləri həll edir.

Xatırladaq ki, Livan ermənisi olan Viqen Eulcekçyan 2020-ci il noyabrın 10-da Şuşa istiqamətində saxlanılmışdı. O, 44 günlük müharibə zamanı muzdlu kimi Azərbaycana qarşı vuruşduğu üçün 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Eulcekçyan, bu il yanvarın 14-də Vaqif Xaçatryan, Gevorq Sujyan və David Davtyanla birgə Ermənistana təhvil verilmişdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır