Modern.az

Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq

Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq

Dünya

24 Yanvar 2026, 14:33

Türkiyənin dünya ixracındakı payını artıracağı gözlənilir və ixracın 2028-ci ilin sonuna qədər 308,5 milyard dollara çatacağı proqnozlaşdırılır.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklərə baxmayaraq, ixrac yönümlü siyasətlərin davam etdirilməsi, bazarın şaxələndirilməsi strategiyaları və rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlar effekt verir.

Türkiyənin 2026-2028-ci illəri əhatə edən Avropa Birliyinə qəbuldan əvvəlki iqtisadi islahat proqramına görə, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklər, xüsusən də son bir ildə hiss olunmağa başlayan tarif gərginliyi və proteksionist meyllər 2026-cı ildə qlobal ticarəti boğan amillər kimi diqqət çəkir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır