Modern.az

İlqar Mirzəyevin öz adını daşıyan nəvəsi dünyaya gəldi - YENİLƏNİB

İlqar Mirzəyevin öz adını daşıyan nəvəsi dünyaya gəldi - YENİLƏNİB

Dünya

24 Yanvar 2026, 19:55

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin övladına atasının adını verib.

Bu barədə Modern.az-a Milli Qəhrəmanın oğlu məlumat verib.

***

19:38

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin nəvəsi dünyaya gəlib.

Modern.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, Milli Qəhrəmanın oğlu Elvin Mirzəyev ötən ilin dekabrı Ülkər adlı xanımla ailə həyatı qurmuşdu.

Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır