Modern.az

Zelenski danışıqların əsas məzmununu açıqladı

Zelenski danışıqların əsas məzmununu açıqladı

Dünya

24 Yanvar 2026, 20:59

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrini konstruktiv adlandırıb.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında müvafiq paylaşım edib.

 

“Danışıqlar üç tərəfin hərbi nümayəndələrinin iştirakı ilə davam edib. Bizim tərəfimizdən Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kıslıtsya və Vadım Skibitski var idi. Amerika tərəfindən Stiv Uitkoff, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç və Coş Qrunbaum olublar. Rusiya tərəfindən isə hərbi kəşfiyyat və onların ordusunun nümayəndələri iştirak ediblər.

 

Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub. Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin qorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunu qəbul etməsini yüksək qiymətləndirirəm”, - deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti qeyd edib ki, Amerika tərəfi müharibənin sona çatması üçün parametrlərin təsdiqlənməsi üzrə mümkün formatlar və zəruri təhlükəsizlik şəraiti məsələsini qaldırıb. “Son bir neçə gün ərzində keçirilən görüşlərdən sonra bütün tərəflər danışıqların hər bir aspekti üzrə paytaxtlarına hesabat vermək və gələcək addımları liderləri ilə əlaqələndirmək barədə razılığa gəliblər”, - deyə o bildirib.

 

Volodimir Zelenski vasitəçiliyinə və gələcək görüşlərə ev sahibliyi etmək istəyinə görə BƏƏ-yə və onun Prezidentinə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır