Modern.az

İki ölkə arasında divar tikilir

İki ölkə arasında divar tikilir

Dünya

24 Yanvar 2026, 22:36

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bu gün İraq Xəbər Agentliyinə bildirib: “Silahlı Qüvvələrin Baş Komandanı Suriya ilə beton divarın tikintisinin başa çatdırılması ilə bağlı göstəriş verib və hazırda işlərin 80 faizi tamamlanıb”.

 

Vurğulanır ki, divar termal kameralarla təchiz olunub və bununla yanaşı, sərhədboyu tikanlı məftillər qurulub və xəndəklər qazılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır