Ermənistan Baş naziri Nikol Paşinyan öz musiqi qrupunu yaradıb.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesablarında məlumat verərək qrupun loqosunu və adını paylaşıb.
Musiqi kollektivi “Varçabend” adlanır. Qrupun adı erməni dilində “baş nazir” sözünün ilk iki hecası ilə “band” (qrup) sözünün birləşməsindən formalaşdırılıb.
O, bundan əvvəl, yanvarın 16-da qrupun ilk çıxışının yanvarın 30-da İrəvanda keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, konsertin keçiriləcəyi yer barədə əlavə məlumat daha sonra açıqlanacaq və tədbirdə iştirak etmək üçün əvvəlcədən qeydiyyat tələb olunacaq.
Paşinyan paylaşımında çıxışa dəvət edərək “Rəqs meydançasına dəvət edirəm. Biz çalırıq, siz isə rəqs edirsiniz” ifadəsini işlədib.