Modern.az

Yaponiyada şiddətli qar - 13 nəfər xəsarət aldı

Yaponiyada şiddətli qar - 13 nəfər xəsarət aldı

Dünya

25 Yanvar 2026, 11:53

Yaponiyanın qərb sahilindəki İşikava prefekturasında qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

 

Qeyd olunur ki, prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar yağıb.

 

Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb, qarda yıxılma nəticəsində isə dörd nəfər xəstəxanalara müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır