Modern.az

Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Dünya

25 Yanvar 2026, 12:39

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

 

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır