Modern.az

Qəzzada ölənlərin sayı 72 minə çatır

Qəzzada ölənlərin sayı 72 minə çatır

Dünya

25 Yanvar 2026, 15:35

İsrail qüvvələrinin Qəzza zolağına intensiv hücumları nəticəsində ölənlərin sayı 71 657 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində yaralıların sayı isə 171.399 nəfərə yüksəlib.

 

Qəzzanın infrastrukturunun 90 faizinin məhv olduğu və yenidən qurulmasının təxminən 70 milyard dollar dəyərinə başa gələcəyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır