Modern.az

İsrail Qəzzada 4 km uzunluğunda tunelini DAĞITDI

İsrail Qəzzada 4 km uzunluğunda tunelini DAĞITDI

Dünya

25 Yanvar 2026, 16:04

İsrail Müdafiə Qüvvələrini qoşunları Qəzza zolağının cənubunda silahlıların 4 kilometr uzunluğunda tunelini dağıdıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

"Qəzza zolağının cənubunda, "sarı xətt"in şərqində təxminən bir il əvvəl başlayan yeraltı tunelin məhv edilməsi işləri başa çatıb. 4 kilometr uzunluğundakı tuneldə bir neçə bunker və silah anbarı var idi", - bəyanatda deyilir.

 

Qeyd olunur ki, qoşunlar ərazidə atəşkəs müqaviləsinin şərtlərinə uyğun olaraq yerləşdirilib və hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır