Modern.az

“Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı

“Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı

Dünya

25 Yanvar 2026, 18:23

Məşhur e-ticarət platforması “Temu” Türkiyədəki fəaliyyətində köklü dəyişiklik edərək xaricdən məhsul satışını rəsmən dayandırıb.

 

Modern.az TÜrkiyə mediasına istinadla xəbər verir ki, bu gündən etibarən platforma Türkiyədəki istifadəçiləri üçün beynəlxalq sifarişləri tamamilə qeyri-aktiv edib.

 

Hazırda sayt və tətbiq üzərindən axtarış edən müştərilər yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən və yerli satıcılara məxsus məhsulları görə bilirlər.

 

Xatırladaq ki, yanvarın 21-də Türkiyə Rəqabət Qurumu tərəfindən “Temu”nun İstanbul ofisində qəfil yoxlama aparılıb və şirkətin rəqəmsal məlumatları araşdırılıb.

 

Bundan əlavə, Türkiyə hökuməti yanvarın 7-də dərc edilən yeni qərarla xaricdən gələn bağlamalar üçün tətbiq olunan 30 avroluq (təxminən 60 AZN) rüsumsuz limiti fevralın 1-dən (bəzi bəndlər üzrə isə 6-dan) etibarən tamamilə ləğv edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır