Modern.az

Paşinyana daha bir rəqib: Sarkisyan Baş nazir olmaq istəyir

Paşinyana daha bir rəqib: Sarkisyan Baş nazir olmaq istəyir

Dünya

27 Yanvar 2026, 14:04

Ermənistanın keçmiş baş naziri (1999-2000) Aram Sarkisyan ölkədə keçiriləcək parlament seçkilərində Respublika Partiyasından baş nazirliyə namizəd olacaq. O, Respublika Partiyasının lideridir.

Modern.az xəbər verir ki, A.Sarkisyan bu barədə partiyanın Facebook səhifəsində yerləşdirilən videoda bildirib.

"Partiyamız bu məsələ ilə bağlı qərarı çoxdan verib və rəsmi olaraq müzakirəyə çıxarılacaq: mən mütləq baş nazirliyə namizəd olacağam və düşünürəm ki, bu, təbiidir", - deyə Sarkisyan qeyd edib.

Aram Sarkisyan əlavə edib ki, ölkə parlamentində Qərb dəyərlərini tam dəstəkləyən bir qüvvə görmək istəyir.

"Parlamentdə təkcə Rusiyayönlü və balanslaşdırıcı qüvvələr olmamalıdır. Hesab edirəm ki, bu kontekstdə iştirakımız təkcə bizim üçün deyil, həm də ölkə, dövlət üçün faydalıdır və müəyyən tədbirlərin görülməsi baxımından yeni yaradılmış hökumət üçün də faydalı olacaq", - deyə Sarkisyan qeyd edib.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır