Modern.az

Petrosyan rusiyalı oliqarxla Paşinyana qarşı BİRLƏŞİR

Petrosyan rusiyalı oliqarxla Paşinyana qarşı BİRLƏŞİR

Dünya

28 Yanvar 2026, 14:44

Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə seçki yarışında açıq-aydın favoritdir.

Modern.az xəbər verir ki, bu barədə Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi qeyd edib ki, onlar Karapetyanın komandası ilə danışıqlar aparırlar, lakin hələlik heç bir nəticə əldə edilməyib.

 "Karapetyan və onun komandasının milli konsolidasiyaya nail olmaq imkanı var. Bu, onlardan asılıdır, bəlkə də onların şöhrət anı gəlib çatıb", deyə o bildirib.

Xatırladaq ki, 3,2 milyard dollar şəxsi sərvətə malik olan Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən "Taşir" şirkətinin sahibidir. O, 2025-ci ilin iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır