Son günlərdə bir neçə ölkə ABŞ və İran arasında mümkün hərbi qarşıdurmanı önləmək üçün vasitəçilik etməyə çalışır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mesajlar ötürən ölkələr arasında Türkiyə, Oman və Qətər də var. Bu ölkələr İrana aşağıdakı mesajı çatdırıblar: "Rasional davranın. Prezident Trampa müharibənin qarşısını almaq üçün nəsə verin". Lakin bu cəhdlər indiyə qədər uğursuz olub.
İran Trampın nüvə obyektləri üçün uranı zənginləşdirməsini dayandırmaq təklifi geri çevirib və danışıqlar dalana dirənib.
Digər yandan, ABŞ Prezidenti Donald Tramp İrana qarşı geniş zərbələr endirməyi, o cümlədən İranın siyasi və təhlükəsizlik rəhbərliyini aradan götürməyi düşünür. Eləcə də ölkənin nüvə obyektlərinə və dövlət qurumlarına potensial zərbələr endirmək barədə hazır plan masa üzərindədir.
Hazırda ABŞ İran ətrafındakı hərbi bazarlarında onminlərlə hərbçi, təyyarə, raket sistemləri və təyyarə daşıyan gəmilər toplayıb.