Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel İstanbul meri seçkilərinin təkrar keçirilməsi tələbini təkrarlayıb
Modern.az xəbər verir ki, o bu təklifi prezident Ərdoğana ünvanlayıb.
Özelin sözlərinə görə, müxalifət namizədi Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gələrsə, ölkə növbədənkənar prezident seçkiləri təyin etməlidir. Hakim partiyanın namizədi qalib gəldiyi halda isə, Özel şəxsən siyasətdən gedəcəyinə söz verib.