Modern.az

Paşinyandan Koçaryana cavab: bildiklərin köhnəlib

Paşinyandan Koçaryana cavab: bildiklərin köhnəlib

Dünya

29 Yanvar 2026, 13:44

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ikinci prezidenti Robert Koçaryanın TRIPP ilə bağlı tənqidinə sərt cavab verib.

Modern.az xəbər verir ki, mətbuat konfransında Nikol Paşinyan Robert Koçaryanın geosiyasət anlayışının artıq aktual olmadığını bildirdi.

"Düşünürəm ki, cənab Koçaryanın region və beynəlxalq vəziyyət haqqında biliyi və anlayışı tamamilə köhnəlib".

Xatırladaq ki, Robert Koçaryan mətbuata açıqlamasında Ermənistanın TRİPP layihəsindən heç bir gəlir əldə edə bilməyəcəyini demişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır