Modern.az

Qazax-İcevan yolu Rusiyadan alınır? - Paşinyandan ultimatum

Qazax-İcevan yolu Rusiyadan alınır? - Paşinyandan ultimatum

Dünya

29 Yanvar 2026, 13:56

İrəvan regional kommunikasiyaların açılması üçün Rusiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Hökumət iclasından sonra keçirilən brifinqdə o qeyd edib ki, Ermənistan tərəfi bu məsələ ilə bağlı Moskvaya məktub yazıb.

"Ümumilikdə, müsbət əlamətlər artıq görünür və Yerevan prosesi sürətləndirməyə ümid edir".

Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Arazdəyən-Sədərək dəmir yolu hissəsinə səfərini xatırladaraq qeyd edib ki, Rusiya balansında olan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə birləşdirən hissələrini (Qazax-İcevan, Arazdəyən-Naxçıvan-Culfa) təmir edəcək.

"Regionda proseslər davam edir və onları dayandırmaq olmaz. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız gecikməyəcəklər. Eyni şey Axurik hissəsinə də aiddir. Əgər nədənsə rusiyalı tərəfdaşlarımız bu investisiyaları etmək istəmirlərsə, biz bu hissələri geri götürüb hər şeyi özümüz edəcəyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır