İran Hörmüz boğazında döyüş atışlı təlimlər keçirməyi planlaşdırdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Təlimlər gələn bazar və bazar ertəsi günlərinə planlaşdırılıb. Təlimlərin naviqasiyanı poza biləcəyi üçün dənizdəki gəmilərə xəbərdarlıq edilib.
Bundan əvvəl ABŞ Yaxın Şərqdə genişmiqyaslı hava təlimləri keçirəcəyini açıqlamışdı.