Modern.az

ABŞ 48 saat ərzində İrana hücum edə bilər

ABŞ 48 saat ərzində İrana hücum edə bilər

Dünya

1 Fevral 2026, 19:32

Serbiya prezidenti Aleksandar Vuçiç hesab edir ki, ABŞ artıq yaxın 48 saat ərzində İrana hərbi zərbə endirə bilər.

Modern.az xəbər verir ki, o, bu barədə TV Pink telekanalının efirində danışıb.

Vuçiç bildirib ki, ABŞ İrana hücum etməklə Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərdən diqqəti yayındırmağa çalışa bilər. Onun sözlərinə görə, bu, gələcək Amerika zərbəsinin əsas səbəbi olmasa da, Ağ Evdə qərarların daha sürətlə verilməsinə təsir göstərə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trump İrana doğru daha bir Amerika hərbi gəmiləri qrupunun hərəkət etdiyini açıqlayıb. Eyni zamanda o, vəziyyətin diplomatik yolla nizamlanacağına ümid etdiyini bildirib və Tehrana razılaşma bağlamağa çağırıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır