Rusiya Prezidenti Vladimir Putin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəsi Sergey İvanovu vəzifəsindən azad edib. O bu barədə müvafiq fərman imzalanıb.
Modern.az-ın məlumatına görə, fərman hüquqi məlumat portalında yayımlanıb.
Sergey İvanov 73 yaşındadır. O, daha əvvəl 2001–2007-ci illərdə Rusiyanın müdafiə naziri, 2011–2016-cı illərdə isə Prezident Administrasiyasının rəhbəri olub.
Qeyd edək ki, Sergey İvanov 12 avqust 2016-cı ildə bu vəzifəyə təyin edilmişdi.