Modern.az

Hindistanda attraksion qəzası: 1 ölü, 13 xəsarət alan var

Hindistanda attraksion qəzası: 1 ölü, 13 xəsarət alan var

Dünya

7 Fevral 2026, 23:17

Hindistanın Haryana ştatının Fəridabad dairəsində Surackənd yarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə nəhəng fırlanan yelləncəklərin yan dayağının oturacaqların ən yüksək nöqtəsində qırılması səbəbindən baş verib və insanlar yerə düşüb.

İnsident zamanı platformanın əyildiyini görüb insanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarət alan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fəridabad dairə komissarı Ayuş Sinqhin bildirib ki, platformanın operatoru barəsində cinayət işi açılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?