ABŞ-nin Nyu-York şəhərində özəl məktəblərdə ödəniş 70 min dolları ötüb.
Modern.az xəbər verir ki, bu məbləğ bir çox nüfuzlu kolleclərdən daha çoxdur.
Şəhərdəki 15 məktəbdə orta artım 4,7% təşkil edib ki, bu da inflyasiyadan yüksəkdir. Son on ildə orta qiymət 2014-cü illə müqayisədə 2 dəfə artıb.
Məktəblər qiymət artımlarını artan xərclər, yaşayış xərcləri və müəllimlərin maaşlarının artırılması zərurəti ilə əlaqələndirirlər. Ödənişlərə çox vaxt yemək, materiallar və səyahət daxildir, lakin bəzi fəaliyyətlər ayrıca ödənilir.