Modern.az

Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var

Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var

Dünya

11 Fevral 2026, 23:18

Ukraynanın bu il öz maliyyə ehtiyaclarını ödəmək üçün 60 milyard avro həcmində xarici yardıma ehtiyacı olduğu bildirilib.

Modern.az xəbər verir ki, bu açıqlamanı Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin görüşündə verib.

Pistorius deyib: "Bu il Ukraynanın ehtiyaclarını qarşılamaq üçün xarici dəstək tələb olunur və hər iki mənbədən gələn hər bir milyard əhəmiyyətlidir – həm milli, həm də Avropa mənbələrindən."

O, əlavə edib ki, Ukraynaya kredit ayrıldıqdan sonra Aİ ölkələrinə daha çox vəsait lazım olacaq: "Bizə əlavə maliyyə vəsaitinə ehtiyac var."

Qeyd edək ki, Aİ-nin 27 ölkəsindən 24-ü (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) dekabrda Ukrayna üçün 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə mexanizmini təsdiqləyib. Bu məbləğin üçdə biri Ukraynanın dövlət büdcəsinə, qalan üçdə ikisi isə silah tədarükünə yönəldiləcək. Aİ ölkələri bu vəsaitləri maliyyə bazarlarından borc götürərək təmin edəcək, faiz ödənişləri isə Avropa Komissiyası tərəfindən Aİ büdcəsindən həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi