Modern.az

Türkiyədə İran PUA-sının qalıqları tapılıb

Türkiyədə İran PUA-sının qalıqları tapılıb

Dünya

12 Fevral 2026, 01:47

Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahil zolağında naməlum obyekt tapılıb.

Modern.az xəbər verir ki, aparılan ekspertiza nəticəsində həmin cismin İran istehsalı olan kamikadze tipli pilotsuz uçuş aparatının (PUA) qalıqları olduğu müəyyən edilib.

Məlumata görə, vətəndaşlar şübhəli əşyanı görərək 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Bundan sonra əraziyə polis, jandarm və sahil mühafizə əməkdaşları cəlb olunub.

Hadisə yerində mütəxəssislər tərəfindən araşdırmalar aparılıb, faktla bağlı təhqiqat davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakını müharibə ilə hədələdi