Pakistanın sabiq baş naziri İmran Xanın səhəti pisləşib.
Modern.az xəbər verir ki, həbsxanada hökumətin keçmiş başçısı 85% görmə qabiliyyətini itirib. Onun 1 gözü tamailə görmür.
Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.