Modern.az

Universitetdə silahlı insident: 2 ölü, 1 yaralı - dərslər ləğv olundu

Universitetdə silahlı insident: 2 ölü, 1 yaralı - dərslər ləğv olundu

Dünya

13 Fevral 2026, 12:17

ABŞ-da Cənubi Karolina Dövlət Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb, ən azı bir nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Hadisə ötən axşam baş verib. Universitet karantin elan edib və bu qadağa qüvvədədir. İstintaqa Cənubi Karolina Hüquq-mühafizə Departamenti rəhbərlik edir.

Universitetdə cümə günü dərslər ləğv edilib və tələbələrə psixoloji məsləhət verilir. Atışmanın mümkün törədicisi və onun motivi barədə məlumat hələlik açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?