Modern.az

Kirkorova qarşı iddia rədd edildi

Kirkorova qarşı iddia rədd edildi

Dünya

13 Fevral 2026, 23:51

Filipp Kirkorovla bağlı Moskvada məhkəmə iddiası təmin olunmayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Kirkorovun vəkili Roman Kuzmin verib.

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi biznesmen Qleb Rıskovun sənətçiyə qarşı qaldırdığı iddianı rədd edib.

Mübahisə Moskva çayı sahilində yerləşən tennis kortu və körpünün istismarına tətbiq edilən qadağa ilə bağlı olub.

Qleb Rıskov daha əvvəl bildirib ki, ərazinin məşhur müğənniyə məxsus olduğunu əvvəlcədən bilməyib və ondan şəxsi məqsədlər üçün istifadə etməyi planlaşdırıb. Onun iddiasına görə, mübahisəli sahə hüquqi baxımdan ümumi istifadəyə aid olsa da, faktiki olaraq Kirkorovun mülkiyyəti kimi rəsmiləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?