Modern.az

Ərdoğan səfərini təxirə saldı

Ərdoğan səfərini təxirə saldı

Dünya

16 Fevral 2026, 00:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfərini təxirə salıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası sosial mediada məlumat yayıb.

Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefonda danışıb, səhhətindəki problemlərdən təəssüfləndiyini bildirib və ona tezliklə sağalmasını arzulayıb.

Türkiyə Lideri 16 fevralda Əmirliklərə planlaşdırılan səfərini "daha uyğun bir vaxta" təxirə saldığını bildirib.

Onun 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyaya səfəri planlaşdırılırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?