Modern.az

Qəzzaya hava zərbəsi - 8 nəfər öldü

Qəzzaya hava zərbəsi - 8 nəfər öldü

Dünya

15 Fevral 2026, 10:21

İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.


Hazırda İsrail Ordusu məlumatlara rəsmi münasibət bildirməyib. "The Times of Israel" isə yazıb ki, zərbələr ötən gecə beş silahlı şəxsin “sarı xətt” adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail Ordusu belə halları atəşkəs rejiminin “kobud şəkildə pozulması” kimi qiymətləndirir.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?