Modern.az

İran geri çəkildi - nüvə sazişinə də hazırdı

İran geri çəkildi - nüvə sazişinə də hazırdı

Dünya

15 Fevral 2026, 11:58

ABŞ sanksiyaların ləğvini müzakirə etməyə razılaşsa, İran nüvə sazişi bağlamaq üçün kompromisə hazırdır.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi BBC-yə müsahibəsində bildirib.

Məcid Taxt-Ravançi İranın 2015-ci ildəki nüvə sazişi çərçivəsində edildiyi kimi, 400 kq-dan çox yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılaşıb-razılaşmayacağı sualına da cavab verib: "Danışıqlar zamanı nə baş verəcəyini söyləmək hələ tezdir".

İranın XİN başçsının müavini bir daha təkrar edib ki, uranın sıfır zənginləşdirilməsi məsələsi və ballistik raketlərin istehsalı müzakirə predmeti deyil.

"Belə başa düşürük ki, onlar (ABŞ - red.) bu qənaətə gəliblər ki, saziş bağlamaq üçün nüvə probleminə diqqət yetirmək lazımdır", - nazir müavini vurğulayıb.

O əlavə edib ki, indi ABŞ sövdələşmə istəyini sübut etməlidir: "Əgər onlar səmimi olsalar, əminəm ki, razılığa gələcəyik".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?