Modern.az

Yadplanetlilər var - Obamadan etiraf

Yadplanetlilər var - Obamadan etiraf

Dünya

15 Fevral 2026, 13:54

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını etiraf edib.

Modern.az xəbər verir ki, Obama bu barədə amerikalı bloger Brayan Koenə müsahibəsində bildirib.

"Onlar gerçəkdirlər, amma mən onları görməmişəm", - Obama deyib.

Sabiq prezident yumorla qeyd edib ki, bu, prezident olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin o, yadplanetlilər üzərində təcrübələrin aparıldığı barədə şayiələrin yayıldığı 51-ci Zonada heç bir gizli laboratoriya tapmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?