Polşa öz nüvə silahını əldə etmək yolunda irəliləməlidir.
Modern.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski "Polsat News"a müsahibəsində bildirib.
O, Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarı olduğunu vurğulayıb. Navrotskinin fikrincə, ölkə Rusiyaya görə silahlı münaqişə astanasındadır.
"Bütün beynəlxalq normalara riayət etməklə bu yol bizim getməli olduğumuz yoldur. İşə başlaya bilmək üçün bu istiqamətdə fəaliyyət göstərməliyik", - o qeyd edib.