Modern.az

Netanyahu şərtlərini açıqladı

Netanyahu şərtlərini açıqladı

Dünya

15 Fevral 2026, 21:37

İranla mümkün razılaşma yalnız sərt və konkret şərtlər əsasında qəbul edilə bilər.

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, hər hansı saziş təkcə İsrailin deyil, həm də ABŞ və bütövlükdə beynəlxalq təhlükəsizliyin maraqlarına cavab verməlidir.

Netanyahu ilk şərt kimi İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını göstərib. İkinci tələb isə uranın zənginləşdirilməsi imkanlarının tam aradan qaldırılması, yəni prosesin sadəcə dayandırılması yox, bu məqsədə xidmət edən avadanlıq və infrastrukturun demontaj edilməsidir.

Baş nazir üçüncü komponent kimi İranın ballistik raket proqramının məhdudlaşdırılmasını qeyd edib. O vurğulayıb ki, raket texnologiyasına nəzarət rejiminə əsasən 300 kilometrlik məhdudiyyətə əməl olunmalıdır və Tehran bu çərçivəyə riayət etmir.

Netanyahu həmçinin İranın regionda formalaşdırdığı və “terror oxu” adlandırdığı şəbəkənin tamamilə ləğv edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu struktur zəiflədilsə də, hələ də mövcuddur və yenidən güclənməyə çalışır.

Bununla yanaşı, İsrail hökumət başçısı qeyd edib ki, ABŞ Prezidenti Donald Trump İrana razılaşma üçün daha bir şans vermək niyyətindədir və diplomatik imkanların tam tükənməsini istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?