Qırğızıstan prezidenti Sadır Japarov respublikanın şimal-cənub xətti üzrə bölünməsinin qarşısını alacağına söz verib.
Modern.az xəbər verir ki, prezident bu açıqlamanı dövlət xəbər agentliyi Kabar-a verdiyi müsahibədə verib.
"Mən heç vaxt şimal-cənub bölünməsinə icazə verməyəcəyəm. Siyasətçilər bu cür bölünmələrdən öz şəxsi mənfəətləri üçün istifadə etməyə çalışırlar", - deyə o bildirib.
Qırğızıstanda ənənəvi olaraq cənub və şimal bölgələrindən olan insanlar arasında siyasi rəqabət mövcud olub.